Вы читаете журнал [info]ses_salma


http://yashin.livejournal.com/924606.html - спецслужбы конфисковали 200тысячный тираж "Путин. Итоги".

via yashin

Araz bugun yazib ki namelum adamlarin melum adamlara hucumu olkede coxalib demek veziyyet pisdir! veziyyet heqiqetende cox pisdir!
Dunen Azadliq qezetinin jurnalisti Natiq Edilov hucuma meruz qalib! o adamin sekline baxanda nadanliq ve ograshliq yagir uzunden! Natiq yarpaq derib agacdan bu bizim qolucomaglimizinin xosuna gelmeyib! ve bir iki dene natiqe ilisdirib! sonra Azadli radiosunun efirine cixib sehid ailesi olmagindan, agsaqqal olmagindan, Agacini Heyder Eliyevin hereye bir agac ekek tovsiyyesinden sonra ekdiyini ve bu sebebden ona cox ezizi oldugundan danisib Natiqin Gunebaxan verlisinin aparicisi Turan kimi olmag tovsiyyesi verdi! ne ise... Bu gun ise xeber geldi ki bir cebheci gence 28 may metrosu yaxinliginda iki mulki geyimli sexs yaxinlasib cebheci olub olmadigini sorusdular? beli cebheciyem deyen genci doyubler! Azerbaycan heqiqeten de mentiqin sindigi yerdi....

Bu adam Natiqi doyub ve efirde deyirdi ki sen vetenperver deyilsen ki meni sehid ailesinin uzvunu salmisan polise! Bu millete zaval yoxdur! ne qeder desesde ki sistem gunahkardir xalqin gunahi yoxdur! el cekin xalqi qinamaqdan ve s! men hemise demisem ve deyeceyemde! insanlarin vicdanini sistem nece ala biler? insanin leyaqetini ve serefini sistem nece ala biler? hec cure! kim ne deyirse desin! gurculeri tez tez ozumuze misal kecib ozumuze teselli veririk! amma Gurculerde bizde olmayan cox gozel bir hiss var Mİlli qurur! onlar gurcu olduqlarina gore qurur hissi kecirirler! ve buna gore ozleri ucun bir planka qoyurlar! gurcu olmaq - kimi anlayis var! men gurcustanda bir il yasadim ve hec kimi bir birini muxalifetci olduguna gore doyen gormedim! oldurun meni dilime istiot tokun uzun uzadi mesjalar yazin haqsiz movqede ve yolda oldugumu deyin! men hemise gorduyume inaniram! bizim xalqimizda ciddi insanliq problemi var!
ve neqeder ki bu problem hell olunmayacaq nemelum sexslerin melum shexslere tecavuzu davam edecek!

Solda Natiq Edilov sagda ise onu doyen "ağsaqqal"


8 Июн, 2010

  • 5:24 PM

Elif Shafaqin "Esq" romaini oxuyuram! orda Shems tebrizinin bir suali cox dusundurucu idi! dunyani bir qazana benzedirdi. icinde muhim bir as bisir. hereketlerimiz, hisslerimiz, soylediklerimiz hetta dusunduklerimizde her sey bu qazana melzeme kimi gedir. ona gore yemeyin dadini korlamaq ucun bu qazana ne qatdigimiz cox vacibdir. butun beseriyyet ucun!
indi gelin dusunek muselmanlar bu qazana ne qatir? siddet! dozumsuzluk! cahillik! Islam inanc kimi bize teblig olunmur! islam din kimi beyinlere ve qelblere yeridilir! men oxudugum sufi felsfesi tamam ferqlidir! orda Allah goyde bizi her sehv addimimiza gore cezalandiran varliq deyil! allah sufilere gore her insandadir! Sufiler heqiqet carcilarindan cox heqiqet arayanlardir! amam sufiler basqa dindarlar basqa...
duzunu desem son bir hefte heyatimi zehere ceviribler! ellerinden xilas yoxdur! hara gedirsen ellerinde Felestin bayragi! Felestin bayragini usaqlara opduren saqqali ve turbanli qadin ve kisilere rast gelirem! o gun biri meni marketde tutub nese imzalamaga tesviq edirdi! baxdim ki felestinli baci ve qardaslarimiza iane yigirlar! her zaman dadima catan xarici muemillesi eledim!basibagli qadin temiz ingilisce bayaqdan turrkce dediyini demeye basladi! gozunde bir qetiyyet var idi!!! herden hec bir suali olmayan bir heqiqete inan insanlara heqiqeten paxilliq edirem! menim butun heyatim cavabsiz suallardan ibaret oldugu an bu qurularin her seye cavabi var! sarsilmaz prinsipleri var!
Qayidaq Ahemsin qazan adlandirdigi dunyaya! nese bas verir biz boyuk bir seyisikliyin erefesindeyik! amma musbete dogru ya menfiye bunu qazana qoydugumuz melzemeden asilidir...

16 Май, 2010

  • 12:48 PM

Cəmiyyətdə o qədər problem var ki, insan deli olmaq həddinə çatır. Reallığı ya olduğu kimi qebul etməlisən ya da ki, reallıqdan qaçıb hər şeyi lağ - lağıya salmalısan. başqa çarəsi yoxdur.

Pozitiv olmalıyam! biz neçə gün əvvəl bunu bir məclisdə bir tanışım dönə - dönə təkrar edirdi. sağollaşanda da be pozitiv deyib getdi! gücnən necə pozitiv olmaq olar!!
necə ki güclə xoşbəxt olmaq olmur! olmur sadəcə
saba bu delixananı tərk edirəm.
Bir az sakitçiləyə ehtiyacım var

qullar oz qandallarini sevdiyi an

  • 11 Май, 2010 at 11:56 AM

S. Əbiyev bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir, buna görə də aktivliyi artırmaq lazımdır. O qeyd edib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir, əks təqdirdə vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.

Yene hede qorxu! yene ustu ortulu mesajlar. Qarabag sekci qabagi en yaxsi kozirdir. bizim kutleni sekciye basini ayirmaq ucun en yaxsi ve sinanilmis usul. yene lazim olsa hede - qorxusu gundemdedir! ne olsun ki ordumuz impotentdir! ne olsun ki bir tebii felaketle bas basa qalan kimi hec bir seriste gostere bilmeyen hokumetimiz var! esas odur ki lazim olsa sehrli soz birlesmesi isledilsin! sonrasi Aztvlik ve Siyavus, Zahid oruc triosunundur! xalq ise hamsini yeyecek Ansle beraber ustunden su da icecek! Xalqa geldikde....
eslinde sekcilerle bagli xalqin durub oz sozunu deyecek umidlerim dunen darmadagin oldu! Qul bayraminda (Xalq gul bayrami adlandirir) insanlarin xosbext simalarini gorende bunlara buda azdir! ciblerinden ogurlanmis 15 milyona alinmis gul ciceye baxmaq ucun xalq bir - biri ile olum dirim savasina girmisdi! bulvardaki konserte 400.000 insan gelmisdi! ciddi reqemdir! xalqi soymek dasini atmisdim! cunki cox mucerred idi. konkret dusmen Eliyev ve etrafini secmek lazim oldugunu dusunurdum! amma dunen insanlarin oz hesabina gul alib Heyder Eliyevin heykeline dogru xosbext sima ile suru ile getdiklerini gorende bu fikri atdim! dehsetli menzere idi! ozumu Oruelin qehremanlari arasina dusduyumu hiss etdim! bu yekeqarin kisiler miriq dislerini cole qoyub Ulu onderin isiqli yolundan tam semimi danisirdilar ovladlarina! orgiyanin icinde idim! heyatimda kutleye bui qeder nifret etmirdim! dodaqalti soyurdum! ve bir anliq sanki butun situasiyaya qiraqdan baxmaga basladim! xosbext yuzlerle insan ve aralarinda deyinen qezeb ve nifret puskuren men! ne ise belkemde duzelecek amma bu kutle ile yox

Məntiqin bitdiyi yer

  • 2 Май, 2010 at 12:43 AM

30 aprellə bağlı bəzi qeydlərim
uzun sozun qısası anım mərasimi keçirtmək istədik! imkan vermədi bizim POlis! tutulduq! amma polislə iki dəqiqəlik əlbəyaxa olduq! iki cümlə ilə bunu ancaq belə təsvir etmək olar!
iki gün gözləyib sonra bu postu yazmağımda səbəb fikirlərimi toplamaq istəyi idi. içimdə indi bir hiss var - Qürür
Hakimiyyətin çubuşları (Polislərə) və mulki geyimdə olanlara bir diaqnoz qoya bilərəm qəhbəlik.
Məkanın təsfiri - Cəfər Cabbarlı heykelinin əhatəsi
paradoksda məkandan başlayır əziz xanımlar və cənəblar! bir küçə yuxarıda Heyder Eliyev adına qul bayramina hazırliq gedir! milyonlarla dillarlar xərclənmiş zanbaqlar süstlənir! 28 may metrosu qarşısına əllərində gül ilə 31 aprel qurbanlarının xatirısini yad etməyə gələnlər döyülür, tutulur, təhqir olunurlar! məntiq!? var! bu ölkədə ancaq bir insanı anmaq olar!

Polisdə insandır! razılaşmaqda olar eyni zamnada olmazda! İnsan heç vaxt insana qarşı bucür əxlaqsız davranmaz! İnsanın vicdanı onu kontrol etməlidir! bir parça çörəyə görə bu qədər haqsızlıq etməzlər! dövlətçilik anlayışı Polislərdə ölüb! onlar danışanda qanunun adı ilə deyil İlham Əliyevin adından danışırlar! mən bu cür polisə necə itaət göstərim?! Söymüşəm! əcəb eləmişəm! bir də özlərini bu cür vicdansizcasına aparacaqlar yenə söyüləcəklər!


Anım günü anladım ki mən tək deyiləm! orda meydanda biz çox idik! biz başqa başqa ideologiyaların övladları orda meydanda axır ki, bizi birləşdirən ortaq dəəyəri tapdıq! biz vicdanımıza rüşşvət verməmişik! biz iks gününü öz əllərimizlə gətirmək istəyən vətəndaşlarıq! biz vətənin sağlam daşı olmağa hazır insanlarıq!

ne vaxtsa bu dövr tariximizdə ən pis və biyabırçı günlər kimi yazılacaq! bu vaxtın gəlməyinə az qalıb vicdanımızla alverə son qoyan gün bu olacaq!

Araz Oner, Nigar Fətəli və Mən tutulmaqda 1 dəqiqə öncə



meni 3 polis suruyur







qarmaqarisiq fikirler

  • 27 Апр, 2010 at 4:52 PM

bezen bize ele gelir ki, stop demeyin en yaxsi anidir. ozumu dusunub ozum uchun yasamagin zamanidir. kechmisi geride biraxib yeni heyata baslamaq isteyirsen.turklerde buna silbashdan deyirler. bizde heyati teze sehifeden bashlamaq. amma olmur sen artiq 25 yasindasan. sen formalashmismis insansan. oz heyat prinsiplerin ve unutmaq istemediyin insanlar var. olmur yeniden baslamaq. cunki heyata bir defe gelirsen. Ve heyatda neyi qazanirsansa ezabla qazanirsan. bu qazanmislarin ustunden xett kechmek olmur. heyat umumiyyetle cox qeribe seydir. onda hec bir qanunauygunluq yoxdur. Heyat cox ogrash seydir. en gozdemediyin anda sene ele qursaqdan zerbe vuru ki altindan dura bilmirsen. nefesinde kesilir gozlenilmez zerbeden nefes ala bilmirsen o ise senin uzuve ele ironiya ile gulumseyir ki, agridan cox onun tebessumune aciqlanirsan! icin qezeble dolur. kechmish heyatinda silmek istediyin heyatda ne ile mubarize edib ozunu subut etmek istemisinse o da yeni heyatinda ele eybecer formada ustuve qayidir ki... soz tapmaq olmur! ancaq qezeb ve nifret

kütlə və müxalifət haqqında

  • 18 Апр, 2010 at 4:27 PM

Hər şey yaxşı olacaq, amma heç nə düzəlməyəcək
(Şahin Murquzov)


Kütlə o Amerikadada kütlədir. Bizim Aydınlara ehtiyacımız var. Bu kütləyə doğru mesajlar verə bilənlərdə. Onu inandırıb arxasınca apara bilən, ona doğruları anlayan dildə ötürə biləcək insanlara ehtiyacimiz var!
Bu yaxınlarda Qandi filminə baxdım. Balaca, çəlimsiz vəkil MAxatma Qandi böyük İngiltərə imperiyasına qarşı 350 milyonluq Hindistanı nə gücünə qaldıra bilir? Hindistanlilar XX əsrdə savadsız bir kütlə idi. Nə hesabına onlar dişindən dırnağına qədər silahlı ingilis əsgərlərinə qarşı ayaqyalın çıxmağa cürət etdilər?İdeyanın gücünə. o ideyanı ki, onlara Mahatma Qandi təbliğ edirdi. Şərəfli və azad insan nə olmaq deməkdir o öz nümunəsində hindlilərə göstərdi. Bu insan prinsiplərini heç nəyə və heç kimə qurban vermədi. Qandi o nadir insanlardan idi ki, həyat tərzini, təbliğ elədiyi həyat prinsiplərində olduğu kimi sadə, siyasi kirçablarsız qurmuşdu. bu çox vacib andır. Bütün millətin ideya atası adi kəndli kimi geyinir, öz fermasını və əkin sahəsini becərir. Xalqla bərabər quraqliqdan əziyyət keçir. Xalqın - kütlənin biri ola - ola onun probləmlərini hakimiyyətdə olanlara çatdırır. Qandi bir məktəbdi. Hindlilər və həyatnı şərəflə yaşamaq istəyən hər bir insan üçün.
Qandinin mitinqlərin birində dediyi bir fikir çox gözəl və bizim mübarizəmiz üçün də keçərlidi. Maxatma özündən öncə çıxış edən partiya liderlərinə xitabən deyir ki, siz sadəcə hakimiyyəti İngilislərdən alıb öz əllərivizdə cəmləşdirmək istəyirsiz! siz Hind xalqı adından azadlıq tələb edirsiz!Mən də bunu istəyirəm! amma öz adımdan! adi kəndli isə çörək və duz istəyir! nə vaxta qədər ki siz xalqın nə istədiyini nə ilə yaşadığını öyrənməyəcəksiz Azadlıq çağırışlarını özüvüz deyib özüvüz eşidəcəksiz !
Eynşteyn demişdi ki, nə vaxtsa insanlar Qandinin bioqrafiyasını oxuyub teccüblənəcəklər ki, belə adam yaşayib yer üzündə. Haqlı idi.
Mən heç bir vəchlə müxalifətə qarayaxma kompaniyasını bir hissəsi olmaq istəmirəm. Məndə müxalif düşüncəli insanam. Və müxalifətdə olan hər insana hörmətim var. Amma özümüz deyib özümüz eşidirik mərhələsini geridə qoymaq istəyirəm.Bunu qəbul etməliyik: Müxalifət bilmir xalq nə istəyir. azadlıq, insan haqqları, nə bilim femida xalq üçün ikinci dərəcəli məsələdi. xalqa sadəcə çörək və duz lazımdır. Xalq indi ancaq bunun hayındadır. Qarnı tox olandan sonra kütlə insan haqqları, azadlıq və başqa yüksək materiyalardan düşünə bilər...


Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Amerikanı ehtiyyatlı olmağa çağırıb! (http://www.azadliqradiosu.az/content/article/2015279.html) Ağ ev indi yeqin bir - birinə dəyib! Bəs necə! Azərbaycan hökümətinin müttəfiqləri Qambiya, Suriya, Livan, MAvritaniya hamısı üz çevirecək Amerikadan.

Dünyanın hər tərəfindən Ağ evə Petisiyalar gələcək. Heç nə demirəm bircə Qambiya Üz çevirsə amerikadan, ordaki insanlar yazigdi, acindan oləcəklər. Birdə gördün diplomatik müharibədə ağır məğlubiyyətə uğrayan (Ramiz Mextiyev kimi alimin qurduğu bu oyunda uduzmaq olar!?) Obama Azərbaycana gəlib bir millət iki dövlətdən, Azərbaycan Prezidentinin qibte edilə biləcək uğurlu daxili və xarici siyasərindən, ümummilli atadan, Azərbaycanın iqtisadi inkişafından gözü yaşla danışır! və sonda acizanə şəkildə onu da Azərbaycan kimi qüdrətli ölkədən siyasi sığınacaq istəyir! burda gördüyü azadlıqları, geniş addımlarla irəliləyən demokratik islahatlara qibtə edir!
Nə isə bu absurdu davam da eləmək olar! amma özüm iyrəndim! Cənab və xanım yaptokratlar bilmirəm siz hansı otdan istifadə edirsiz amma xahiş edirəm oyanın! siz kimə barmaq silkələyirsiz? və ən əsas sual nəyə güvənib?